Bakıda günü davası: Qadınlar belə əlbəyaxa oldu [VİDEO]

Abbasovun iki arvad istəyi ona baha başa gəlib.

Bakının Sabunçu qəsəbəsində yaşayan Məhəmməd Abbasovun iki həyat yoldaşını bir mənzildə yerləşdirmək istəyi ona baha başa gəlib.

Live.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, Məhəmməd Abbasov iki həyat yoldaşı ilə bir evdə yaşayırmışlar. Sonradan qadınların bir-biri ilə yola getməməsi kişinin bu istəyini puç edib.

Əlacsız qalan qadınlardan biri Nəzrin Zalova onu məhkəməyə verərək aliment kəsilməsi haqda qərarın çıxarılmasına nail olub.

Növbəti məhkəmə prosesi qadına Məhəmməd Abbasovdan olan 2 uşağı ilə birgə ev ayrılması ilə bağlı baş tutub və bu proses də onun xeyrinə nəticələnib. Sadəcə indi qadının övladlarını internat məktəbinə qoyaraq ayrılmış otaqda tək yaşamaq istəyi Məhəmməd kişini və onun indiki həyat yoldaşını razı salmır. Bu da tərəflər arasında kəskin mübahisələrin yaranmasına gətirib çıxarıb.

Günülər mübahisələr zamanı əlbəyaxa dava belə edirlər.


Şərhlər
Hadisə bölməsinin xəbərləri