Dəmiryol infrastrukturunun inkişafı üzrə dövlət proqramının reallaşdırılmasının yubanma səbəbi açıqlandı

Azərbaycanda dəyəri 2,5 milyard manat olan dəmiryol infrastrukturunun inkişafı üzrə dövlət proqramının reallaşdırılması yükdaşımaların həcminə və qatarların hərəkət sürətinin artmasına müsbət təsir edəcək. Trend-in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov dəmiryolçular gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, əsasən beynəlxalq maliyyə institutları ilə danışıqlarla əlaqədar dövlət proqramının reallaşdırılmasında kiçik yubanmalar olmasına baxmayaraq, artıq işlərin böyük hissəsi görülüb ki, bu da gələcəkdə səmərəliliyini göstərəcək.

M.Pənahov yol-nəqliyyat infrastrukturu sahəsində qazanılmış nailiyyətlərə də toxunub. O, qeyd edib ki, son 10 il ərzində təqribən 9,5 min kilometr uzunluğunda yol və 250 körpü tikilib, təmir edilib və yenidən qurulub.

Nazir müavini əlavə edib ki, son 5-6 il ərzində ölkəyə 1900 avtobus gətirilib: "Buna baxmayaraq, ictimai nəqliyyatda göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə işlər davam etidiriləcək".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri