“Facebook” təsisçisi Mark Tsukerberq “Ebola” xəstəliyi ilə mübarizəyə 25 mln dollar ianə edib

“Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Tsukerberq “Ebola” xəstəliyi ilə mübarizəyə 25 mln dollar ianə edib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Mark Tsukerberq “Facebook” şəbəkəsində bildirib.

“Ebola epidemiyasında kritik dönüş məqamdır. Hələlik 8400 insan yoluxub, lakin xəstəlik sürətlə yayılmaqdadır və proqnozlar göstərir ki, tədbirlər görülməzsə, onların sayı yaxın bir neçə ay ərzində milyonu keçə bilər”, deyə Tsukerberq bildirib.

“Facebook” təsisçisi qeyd edib ki, “Ebola” yaxın müddətdə nəzarətə alınmazsa, bəşəriyyət onilliklər boyunca ağır mübarizəyə düçar olacaq.
Şərhlər
Dünya bölməsinin xəbərləri