Lənkəranda yük avtomobili “Mercedes”in üstünə aşıb

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə oktyabrın 11-də Ələt-Astara magistralının 206-cı kilometrliyində, yolun rayonun Gərmətük qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Ələt istiqamətində hərəkət edən Sabirabad rayon sakini, 58 yaşlı Qulamhüseyn Nuriyevin idarə etdiyi “Hova” markalı, 90 JV 103 dövlət nömrə nişanlı içi dolu yük maşını yaranmış nasazlıq səbəbindən idarəetməni itirərək yolun soluna çıxıb və kənarda dayanmış “Mercedes” markalı, 15 BN 949 dövlət nömrə nişanlı minik avtomobilinin üstünə aşıb. Hadisə vaxtı “Mercedes”in sürücüsü, Cəlilabad rayon sakini, 36 yaşlı Niyaməddin Əliyev maşında olsa da, xoşbəxtlikdən xəsarət almayıb.

Hadisə nəticəsində yük maşınına ciddi ziyan dəyib, “Mercedes” isə yarasız vəziyyətə düşüb. Həmçinin yolun kənarındakı elektrik dirəyi aşıb və naqilləri qırılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri