Sumqayıtda “Karvan” ticarət mərkəzində yanğın nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

"Karvan" Ticarət Mərkəzində yanğın nəticəsində 1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

APA-nın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində deyib.
E.Mirzəyev deyib ki, yanğın təxminən 350 kv.m. sahəni əhatə edib. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

FHN xilasediciləri yanğın nəticəsində dünyasını dəyişən şəxsin meyitini binadan çıxarıb. Onun şəxsiyyəti hələlik məlum deyil. Təxminən 50 yaşında kişidir. İlkin məlumata görə, adı İlqardır (soyadı dəqiqləşdirilir) və Şirvan şəhər sakinidir. "Karvan" ticarət mərkəzində fəhlə işləyirmiş.
Şərhlər
Hadisə bölməsinin xəbərləri