İndoneziya sahillərində katerin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb

İndoneziyanın Yava adası yaxınlığında katerin qəzaya uğraması nəticəsində ən azı 17 nəfər ölüb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərdən ən azı 3-ü uşaqlardı.

Doqquz uşaq olmaqla daha 24 nəfər itkin düşmüş hesab edilir. Səkkiz nəfərin həyatını xilas etmək mümkün olub.

Şahidlərin sözlərinə görə, katerin göyərtəsində 49 nəfər olub. Onlar Şərqi Yava əyalətindən Bali adasına toy məclisinə yollanırmışlar.
Şərhlər
Dünya bölməsinin xəbərləri