Aİ Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamağı qərara alıb

Avropa İttifaqı Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları qüvvədə saxlamağı qərara alıb.

Bu gün Brüsseldə Avropa İttifaqına üzv ola dövlətlərin səfirləri Ukraynadakı vəziyyəti və onunla bağlı Aİ-Rusiya münasibətlərini müzakirə ediblər.

APA-nın BBC-yə istinadən verdiyi məlumatına görə, müzakirələrdə sanksiyaların aradan qaldırılması məsələsi irəli sürülməyib.

Bununla belə, Aİ nümayəndələri Ukraynada son müsbət dəyişikləri qeyd edərək, rəsmi Kiyev və qondarma separatçı respublikalar arasında əldə olunmuş Minsk sazişinin şərtlərini ardıcıl reallaşdırmağa çağırıblar.

Bu arada rəsmi Kiyev bu gün Donetsk aeroportu ətrafında Ukrayna ordusunun mövqelərinin separatçılar tərəfindən atəşə tutulduğunu bəyan edib.

Separatçılar isə ordunun minaatanlardan açdığı atəşə cavab atəşi açdığını bildiriblər.
Şərhlər
Dünya bölməsinin xəbərləri