Şotlandiya xalqı müstəqilliyə “yox” deyib

Sentyabrın 18-də Şotlandiyada keçirilən referendumda ölkənin Böyük Britaniyadan ayrılmasını istəyənlər məğlub olublar.

APA-nın BBC-yə istinadən yaydığı məlumata görə, səsvermədə seçicilərin 84 faizi iştirak edib. Onların 55 faizindən çoxu müstəqilliyin əleyhinə səs verib. Ayrılığın tərəfdarları 44 faizdən bir qədər çox olub. Paytaxt Edinburq şəhərində seçicilərin 61 faizi müstəqilliyə “yox” deyib. Beləliklə, Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalması qətiləşib. Yekun rəsmi nəticələr bu gün açıqlanacaq.
 
Şotlandiyanın müstəqillik tərəfdarı olan baş naziri Aleks Salmond Londondan Şotlandiyanın səlahiyyətlərinin genişləndirilməsini gözlədiklərini söyləyib. Britaniyanın baş naziri Devid Kemeron isə əhalini Britaniyadan ayrılmamağa çağıran Şotlandiya Leyborist Partiyasının lideri Alister Darlinqi uğurlu kampaniya münasibətilə təbrik edib.  
Şərhlər
Hadisə bölməsinin xəbərləri