Bakıda məşhur hotellərdən birinə bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb

“Hilton Baku” hotelinə bomba qoyulması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə  Bakı şəhəri, Səbail rayonunda yerləşən “Hilton Baku” otelinin 4-cü mərtəbəsində partlayıcı qurğu olması barədə məlumat daxil olub. FHN-in müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş və aidiyyəti qurumlar məlumatlandırılıb. FHN-in mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçiriblər. Nəticədə, qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri