Premyer Liqa: "Sumqayıt" lider, "Bakı" isə sonuncu yerdədir

Bu gün Azərbaycan Premyer Liqasının 5-ci turuna yekun vurulub.

Trend-in məlumatına görə, son oyun günündə "Bakı" doğma meydanda "Sumqayıt"ı qəbul edib.

Oyuna ev sahibləri yaxşı başlayıblar: 2-ci dəqiqədə Nurlan Novruzov fərqlənib.

İkinci hissədə qonaqlar daha fəal olublar. Əvvəlcə Məhəmməd Qurbanov hesaba tarazlıq gətirib. Ardınca Kiyan Sultanpur 78-ci dəqiqədə sumqayıtlıları ikinci dəfə sevindirib - 1:2.

Beləliklə, "Sumqayıt" 5 oyundan 12 xalla turnir cədvəlinin lideridir. 10 xalla "İnter" ikinci, 9 xalla "Neftçi" və "Qəbələ" isə 3-4-cü sıradadırlar. "Bakı 1 xalla sonuncu pillədədir.

V turun digər oyunları:

AZAL - "Qarabağ" - 0:3
"Simurq" - "Qəbələ" - 1:2
"Neftçi" - “Xəzər Lənkəran" - 1:0
"Araz Naxçıvan" - "İnter" - 1:3
Şərhlər
İdman bölməsinin xəbərləri