Peruda avtobus dərəyə düşüb, 20 nəfər ölüb

Peruda sərnişin avtobusu dərəyə düşüb, nəticədə 20 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

APA-nın “UNN”-ə istinadən verdiyi xəbərə görə, insident ölkənin cənubundakı Apurimak əyalətində baş verib. Naska əyalətindən yola düşən avtobus qəza nəticəsində 200 metr dərinliyi olan dərəyə yuvarlanıb.

Sərnişinlərin hamısı dini bayramda iştirak etmək üçün Kuskoya gedirmiş.

Yaralılar qəza şahidləri tərəfindən xəstəxanalara çatdırılıb. Hadisə yerində cəsədlərin axtarışı davam etdirilir.

Qəzanın səbəbləri hələlik məlum deyil.
Şərhlər
Dünya bölməsinin xəbərləri