Türkiyənin milli müdafiə naziri Azərbaycanda səfərdədir

Türkiyənin milli müdafiə naziri İsmet Yılmaz Bakıda səfərdədir.

APA-nın verdiyi məlumata görə, sentyabrın 10-da Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyində nazirin şərəfinə ziyafət verilib.
 
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatlar, iş adamları və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak edib.
 
Bakıda keçirilən Beynəlxalq müdafiə sənayesi - "ADEX 2014"-də iştirak üçün Azərbaycana səfər etdiyini deyən nazir qeyd edib ki, Azərbaycanla müdafiə sahəsində olan münasibətlərdən çox razıdır və bu münasibətlər yaxın gələcəkdə daha da inkişaf etdiriləcək.
Şərhlər
Siyasət bölməsinin xəbərləri