UEFA Bakının imkanlarını yüksək qiymətləndirdi

UEFA şəhərlərin 2020-ci il Avropa Çempionatının oyunlarını qəbul etmə imkanlarını dəyərləndirən hesabatında Bakının hazırlığını yüksək qiymətləndirib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumat görə, UEFA Avro-2020-nin final mərhələsinin oyunlarını keçirmək üçün verilmiş sifariş ərizələri üzrə qiymətləndirmə hesabatını dərc edib. Hesabat milli assosiasiyalar tərəfindən bütün dosyelərin dəqiq təhlilindən sonra hazırlanıb.

Hesabatın Bakıya həsr edilmiş bölməsində deyilir ki, Bakının sifariş ərizəsi ölkənin bütün siyasi və biznes strukturları tərəfindən yüksək zəmanət səviyyəsini nümayiş etdirir. Bununla yanaşı, azarkeşlər üçün mehmanxana nömrələrinin çatışmazlığı ilə bağlı bir sıra potensial problemlər də qeyd olunur.
Şərhlər
İdman bölməsinin xəbərləri