Bakıda 3 qardaş bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qala qəsəbəsində qeyd alınıb.
 
Qəsəbə sakini Aqil Əliyev münaqişə zəminində həmyerliləri Əsgər Quliyevə, onun qardaşları Tərlana və Ceyhuna bıçaqla xəsarət yetirib.
 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyev tutulub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri