Mədəniyyət və Turizm Nazirliyi 11 mehmanxanaya dərəcə sertifikatı verib

Mədəniyyət və Turizm Nazirliyi 11 mehmanxanaya dərəcə sertifikatı verib.

Nazirlikdən APA-ya verilən məlumata görə, mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.

Avropanın bir çox ölkələrində tətbiq olunan "HotelStars Criteria 2010-2014" kriteriyalarına uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir.

Nazirlik “JW Marriott Absheron Baku”, “Kempinski Hotel Badamdar Baku”, “Caspian Sea Resort” mehmanxanalarına 5 ulduz, “Şah", “Alp İnn”, “Emerald”, “Viləş Palace”, mehmanxanalarına və “Meşəbəyi” istirahət mərkəzinə 4 ulduz, “Austin Butik”, “Arena” mehmanxanalarına 3 ulduz, “Rigs” mehmanxanasına isə 2 ulduz dərəcə sertifikatı verib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri