Xəyallar gerçəkləşir: Qız Qalasında nikah mərasimi

Xəyallar gerçəkləşir: Qız Qalasında nikah mərasimi Xəyallar Four Seasons Hotel Baku ilə birlikdə gerçəkləşir.

Four Seasons Hotel Baku “İçərişəhər” Tarixi-Memarlıq Qoruğunun Administrasiyası ilə birgə misilsiz və tayı-bərabəri olmayan layihəni təqdim edir - əfsanəvi Qiz Qalasında nigah mərasimləri.

Nigah mərasimləri hər kəsin həyatında ən vacib, sehrli və həyəcanlandırıcı bir andı – ailə həyatına atılan ilk qədəmlər, yeni başlanğıclar və s.
İçəri Şəhərin döyünən ürəyində həyatınızın ən əhəmiyyətli addımını - gözəl milli adət-ənənələrimizə xas şəkildə üzük dəyişmə mərasimini həyata keçirə biləcəksiniz.

Four Seasons otellər şəbəkəsi göstərdiyi yüksək səviyyəli xidmətlərlə yanaşı, yerləşdiyi ölkələrin mədəniyyəti, ənənələri və dünya xalqlarının tarixi mirasına böyük hörmət və ehtiramla yanaşaraq, gözəl və tarixi adət-ənənələri daim yaşatmağa çalışır.

Bu layihənin əsas məqsədi, tarixi məkanda nigah mərasiminin keçirilməsi: əcdadlarımızın mirasına bağlılıq və milli-mədəni dəyərlərin və adət -ənənələrin qorunub saxlanılmasıdır.

Qız Qalasında nigah mərasimlərinin keçirilməsi, nəsildən nəslə ötürülən, Azərbaycan xalqının zəngin mədəniyyətini özündə daşıyan tarixi abidənin dəyərini vurğulamaq imkanı da yaradacaq.

Nigah mərasimi toy adət-ənənəsinin gözəl xatirələrlə dolu vacib bir hissəsidir. Mərasimin sonuna yaxın, yenicə nigaha daxil olan cütlüklər Four Seasons Hotel Baku mehmanxanasının cazibədar ziyafət zallarının birində bu əlamətdar günü qeyd etmək imkanı əldə edəcəklər.

Yüksək səviyyəli xidmət və xüsusi diqqət Four Seasons Hotel Baku-nun təkrar olunmaz bir xüsusiyyətidir.

Gözəl gününüzün təşkilini bizə həvalə edin və mükəmməl təşkil olunmuş nigah mərasiminizdən həzz alın.

Əfsanəvi Qız Qalasında özünüzə və sevdiyinizə ömür boyu yaddaşlara həkk olunacaq nigah mərasimi hədiyyə edin.

Xəyallar Four Seasons Hotel Baku ilə birlikdə gerçəkləşir!



Xəyallar gerçəkləşir: Qız Qalasında nikah mərasimi

Xəyallar gerçəkləşir: Qız Qalasında nikah mərasimi

Xəyallar gerçəkləşir: Qız Qalasında nikah mərasimi

Xəyallar gerçəkləşir: Qız Qalasında nikah mərasimi

Xəyallar gerçəkləşir: Qız Qalasında nikah mərasimi
Şərhlər
Sosial bölməsinin xəbərləri