Azərbaycan və Fransa Prezidentləri Uelsdə görüşüblər

Azərbaycan və Fransa Prezidentləri Uelsdə görüşüblər Sentyabrın 4-də Uelsdə NATO sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu. Azərbaycan ilə Fransa arasında əməkdaşlığın müxtəlif sahələrdə daha yaxşı perspektivlərinin olduğu vurğulandı.

Söhbət zamanı dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi apardılar.
Şərhlər
Siyasət bölməsinin xəbərləri