İlham Əliyev və Əhməd Davudoğlu arasında telefon danışığı olub

İlham Əliyev və Əhməd Davudoğlu arasında telefon danışığı olub Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.

Dövlətimizin başçısı Əhməd Davudoğlunu Türkiyə Respublikasının yeni Baş naziri təyin edilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Əhməd Davudoğlu təbrikə və diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Şərhlər
Siyasət bölməsinin xəbərləri