"Qarabağ"ın Avropa Liqasındakı oyunlarının təqvimi açıqlandı

"Qarabağ"ın Avropa Liqasındakı oyunlarının təqvimi açıqlandı "Qarabağ" klubunun UEFA Avropa Liqasında F qrupunda keçirəcəyi oyunların təqvimi açıqlanıb.

Ağdam təmsilçisi ilk matçını sentyabrın 18-də Bakıda Fransanın "Sent-Etyen" klubuna qarşı keçirəcək.

Təmsilçimiz oktyabrın 2-də İtaliyada "İnter"in, ayın 23-də isə Ukraynada "Dnepr"in qonağı olacaq.

Noyabrın 6-da Bakıda "Dnepr"i qəbul edəcək son Azərbaycan çempionu ayın 27-də Fransaya yollanacaq.

Ağdam təmsilçisi qrup mərhələsinin son matçını dekabrın 11-də Bakıda "İnter"ə qarşı keçirəcək.

Oyunların başlama saatı hələ ki məlum deyil.
Şərhlər
İdman bölməsinin xəbərləri