Azərbaycanlı müğənni BMT-nin aclıqla mübarizə üzrə elçisi təyin olunub

Azərbaycan əsilli məşhur britaniyalı bəstəkar-müğənni Sami Yusuf BMT-nin Ərzaq Proqramının aclıqla mübarizə üzrə elçisi təyin olunub.

APA-nın BMT İnformasiya Mərkəzinə istinadən xəbərinə görə, S.Yusuf uzun müddət ÜƏP-in fəaliyyətini dəstəkl?əyib və albomlarının satışından əldə etdiyi gəlirlərlə ehtiyacı olanlara ərzaq yardımı çatdırılması əməliyyatlarını maliyyələşdirib, BMT əməkdaşları ilə birlikdə Misir və İordaniyada suriyalı qaçqınlara yardım çatdırılmasını müşahidə edib.
 
Qeyd edək ki, S.Yusuf Tehranda azərbaycanlı ailəsində doğulub. Üç yaşında ailəsi ilə birlikdə Böyük Britaniyaya köçüb.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53