Xaçmaz rayonunda ata oğlunu bıçaqlayıb

Xaçmaz rayonunda bıçaqlaşma hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 26-da Xaçmaz rayonunun Hacıməmməd-oba kənd sakini Rasim Məmmədov oğlu Kamranın evində olarkən ailə-məişət münaqişəsi zəminində ona bıçaqla xəsarət yetirib.
 
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri