Bakıda 54 yaşlı kişi ikinci mərtəbədən yıxılaraq ölüb

Bakıda 54 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində, Sahil döngəsi küçəsi ev 8 ünvanında qeydə alınıb.
 
Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü, Əlikram Əziz oğlu Salmanov ehtiyatsızlıqdan yaşadığı 5 mərtəbəli binanın ikinci mərtəbəsindən yıxılaraq ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri