Salyan rayonunda 1 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib

Salyan rayonunda 1 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.


APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin istintaq idarəsindən verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun 82-ci kilometrliyində Salyanın Şörsulu kəndi ərazisində qeydə alınıb.



20 yaşlı Bəhruz Qəmbərov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn Lənkəran sakini, 43 yaşlı Mübariz Yolçu oğlu Rufullayevin idarə etdiyi “KAMAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə “VAZ 2106” yoldan kənara çıxaraq aşıb. Qəza zamanı minik avtomobilinin sürücüsü xəsarətsiz almasa da avtomobildə olan sərnişin Masallı rayon sakini, 58 yaşlı Nənəcan Daxıl qızı Qasımova hadisə yerində ölüb. Onun əri 53 yaşlı Qulamhüseyn Həşim oğlu Qasımov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon mərkəzi xəstəxanasına çatdırılaraq ilk tibbi yardımdan sonra travmatologiya şöbəsində yerləşdirilib.



Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri