Nəqliyyat Nazirliyi Bakıda sərnişin avtobuslarının marşrutlarına düzəlişlər edir

Azərbaycan Nəqliyyat Nazirliyi Bakıda sərnişin avtobuslarının marşrutlarına mütəmadi olaraq düzəlişlər edir. Bu barədə Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bəzi səhər avtobuslarının hərəkət marşrutuna edilən dəyişikliklər barədə suala cavab verərkən deyib.

Onun sözlərinə görə, Bakıda avtobus marşrutlarının optimallaşdırılması prosesi tamamilə başa çatıb, lakin sərnişin avtobuslarının marşrutlarına mütəmadi olaraq yenidən baxılır və zamanın tələblərinə uyğun vəziyyətə gətirilir: "Marşrutların sxemləri zərurət yarandıqda və sərnişinlərin tələbatını təmin etmək üçün dəyişdirilir".

Bundan başqa, N.Həsənov bildirib ki, Bakıda sərnişin avtobuslarında gediş haqqının kartla ödənişi sisteminə keçid üzrə işlər davam etdirilir: "Payızda bu istiqamətdə işlər daha da aktivləşdiriləcək".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri