Bakıda yanacaq daşıyan maşın partlayıb, yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb

Bakının Səbayıl rayoununda yanacaq daşıyan maşın partlaması nəticəsində yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb. Bunu Trend-ə Yasamal rayon Təhlükəsizlik İdarəsindən bildiriblər.

Məlumata əsasən, partlayış gecə 23:30 radələrində Bakı Dairəvi yolunda baş verib. Hazırda hadisə yerinə 5 yanğınsöndürən briqadası cəlb olunub. Trend--in FHN-nin Səbayıl rayon Təhlükəsizlik İdarəsinə istinadən verdiyi məlumata görə, yanğın artıq söndürülüb.

Partlayış nəticəsində Bakı şəhərinin bəzi yerlərində qısa qapanmalar müşahidə olunub.

Yaralanmış yanacaq daşıyan maşının sürücüsu Bakının kliniklarının birinə yerləşdirilib.

İlkin məlumata görə, sürücü yüksək sürət səbəbindən idarəetməni itirib.

"Bakıelektrikşəbəkə" ASC-dən Trend-ə verilən məlumata görə, Yasamal və Nəsimi rayonlarının bəzi yerlərində işıq verilməsində fasilələr yaranıb.

Elektrik enerjisinin verilməsi hal-hazırda alternativ elektrik xətlərindən istifadəsinin hesabına bərpa olunur.

Hadisə yerində qəzanın nəticələrinin aradan qaldırılması üçün "Bakıelektrikşəbəkə" ASC-nin briqadaları işləyir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri