Bakıda son 20 il ərzində təcili yardıma daxil olan çağırışların sayında ən yüksək artım qeydə alınıb

Bakıda son 20 il ərzində təcili yardıma daxil olan çağırışların sayında ən yüksək artım qeydə alınıb Bakıda son 20 il ərzində təcili yardıma daxil olan çağırışların sayında ən yüksək artım qeydə alınıb.




Bunu APA-ya açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib. O bildirib ki, bu ilin yanvar-fevral aylarında ilk dəfə olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasına daxil olan çağırışların sayı həddin artıq yüksələrək 2300-ü keçib. Onun sözlərinə görə, cari il yanvarın 1-dən etibarən çağırışların sayı qəfildən artaraq 2000-i ötüb, fevral ayında isə çağırışların sayı 2300-2400 arası olub: “Sonuncu dəfə belə hal 1990-cı ildə qeydə alınıb. Amma 1990-cı ildən sonra da paytaxtda bu qədər sayda çağırış qeydə alınmayıb. Ötən illərdə çox az hallarda ay ərzində çağırışların sayı 1600-1700-ü keçirdi. Bu il isə qeydə alınan hal son 20 ildə ən yüksək göstərici idi. Artıq çağırışların sayında azalma var və stansiyaya orta hesabla 1700-1800 müraciət daxil olur”.



Mürsəl Həmidov qeyd edib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasına daxil olan müraciətlərin sayının artmasının 25-30%-i ölkədə müşahidə olunan kəskin respirator virus infeksiyaları ilə əlaqədardır.шаблоны для dle 11.2
Şərhlər
Sosial bölməsinin xəbərləri