Bakıda mənzildən külli miqdarda pul oğurlanıb

Bakıda mənzildən pul oğurlanıb.

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Həsən Məmmədov 37-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, yaşadığı Nobel prospekti 8, mənzil 1 ünvanında evdə olmadığı müddətdə tanışı Cabbar adlı şəxs mənzildən 62 min manat pul oğurlayıb.

Hazırda pulu oğurlayan şəxsin tapılması istiqamətində iş aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri