Bakıda avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan sərnişinlərin kimliyi məlum olub

Bakıda sərnişin avtobusunun aşması ilə nəticələn yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 15 nəfər xəstəxanaya daxil olub, onlardan 3 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəza zamanı xəsarət alan digər 4 sərnişin - 1974-cü il təvəllüdlü Aidə Hüseynova, 1967-ci il təvəllüdlü Mərcan Cavadova, 2004-cü il təvəllüdlü Gülxanım Mürsəlova və 1962-ci il təvəllüdlü Ceyranxanım Məmmədova isə xəstəxanaya yerləşdirilib.



****


Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərdən bir neçəsinin adı məlum olub.


Klinik Tibbi MərkəzdənAPA-ya verilən məlumata görə, qəza zamanı 1956-cı il təvəllüdlü Xanmurad Xandadaş oğlu Dostəliyev, 1986-cı il təvəllüdlü Samir Namiq oğlu Qasımov, 2002-ci il təvəllüdlü Ramin Rəhim oğlu Xəlilov, 1993-cü il təvəllüdlü Elnur Ramin oğlu Muradov, 1987-ci il təvəllüdlü Seyidbala Teymur oğlu Cəfərov, 1983-cü il təvəllüdlü Dilqəm Xəlil oğlu Hacıyev, 1994-cü il təvəllüdlü Rufulla Yadulla oğlu Qurbanov və 1951-ci il təvəllüdlü Səyyad Əliş oğlu Cəbrayılov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

KTM-dən hazırda qəza zamanı xəsarət alan digər 7 nəfərin şəxsiyyətinin dəqiqləşdirildiyi bildirilib.



***

Bakıda daha bir avtobus qəzası baş verib. Paytaxtın Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb.

195 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu yük avtomobili ilə toqquşub və aşıb. Nəticədə 10-dan çox sərnişin xəsarət alıb.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından APA-ya bildirilib ki, qəza nəticəsində 15 nəfər yaralı Klinik Tibbi Mərkəzə aparılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri