Kanales rəsmən "Neftçi"də

Kanales rəsmən "Neftçi"də "Neftçi" növbəti transferini rəsmiləşdirib.

Trend PFL-ə istinadən məlumat verir ki, paytaxt klubu Çili milli komandasının sabiq üzvü Nikolas Kanalesi rəsmən heyətinə cəlb edib. Onun sənədləri Peşəkar Futbol Liqasına təqdim olunub. Çilinin "Kola Kola" klubundan gətirilən futbolçu "Neftçi"də 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, N.Kanales 2012-2013 mövsümündə "Netçi"də oynayıb və Premyer Liqanın bombardiri olub.
Çilili hücumçu "Neftçi" ilə 1+1 illik müqaviləyə imza atıb. 29 yaşlı futbolçu 2012/2013 mövsümündə olduğu kimi, yenə də 11 nömrə altında çıxış edəcək.
Şərhlər
İdman bölməsinin xəbərləri