Azərbaycan və Türkiyə mobil telefonların qanunsuz idxalı ilə mübarizədə səylərini birləşdirirlər

Azərbaycan və Türkiyə mobil telefonların qanunsuz idxalı ilə mübarizədə səylərini birləşdirirlər Azərbaycan və Türkiyə mobil telefonların qanunsuz idxalı ilə mübarizədə səylərini birləşdirməyə hazırdırlar. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.

MHM-dən bildiriblər ki, söhbət iki ölkənin mobil telefonların IMEI kodlarının qeydiyyatı sisteminin inteqrasiyasından gedir: "Bu da öz növbəsində qanunsuz idxalın azalmasına və mobil telefon qurğuların oğurluğu ilə bağlı faktların aradan qaldırılmasına müsbət təsir edə bilər".

MHM-dən qeyd ediblər ki, hazırda Azərbaycan və Türkiyə layihənin reallaşdırılmasının texniki aspektlərini müzakirə edirlər: "Layihə Azərbaycan tərəfindən tam dəstəklənir. İlkin mərhələdə onu Türkiyə ilə reallaşdırmaq planlaşdırılır və gələcəkdə layihəyə regionun digər ölkələrinin cəlb edilməsi istisna olunmur".

Qeyd edək ki, Azərbaycanda IMEI kodların qeydiyyatı sistemi 2013-cü il mayın 1-də tətbiq edilib. Hazırda Azərbaycanın IMEI kodların məlumat bazasında 13 milyondan çox mobil telefon qeydiyyata götürülüb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri