Azərbaycan Gürcüstana 81,9 mln dollar həcmində birbaşa investisiya yatırıb

2013-cü ildə Gürcüstana birbaşa yatırılan xarici investisiyaların həcmi ötən illə müqayisədə 3,3% artaraq 941.9 mln ABŞ dolları təşkil edib.

APA-nın məlumatına görə, bu barədə Gürcüstan Statistika İdarəsi məlumat verib. Məlumatda bildirilib ki, ən çox investisiya energetika sektoruna yatırılıb. Keçən il bu sektora yatırım 244,7 mln dollar olub. Bu rəqəm 2012-ci illə müqayisədə 36,5 % çoxdur. Bu sektordan başqa maliyyə sektoruna, nəqliyyat və rabitə, emal sənayesi, tikinti, mədən, əmlak, kənd təsərrüfatı və səhiyyə sektoruna yüksək məbləğdə birbaşa investisiya yatırılıb.

Gürcüstan Statistika İdarəsinin məlumatında Azərbaycanın Gürcüstana 81,9 mln ABŞ dolları yatırdığı bildirilib.

Keçən il beynəlxalq təşkilatlar bu ölkəyə 54,7 mln dollar həcmində yatırım həyata keçiriblər.

Bu ilin ilk üç ayında isə Gürcüstana birbaşa yatırılan investisiyanın həcmi 260 mln dollar təşkil edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri