ABŞ-ın Ferqyuson şəhərində kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət və komendant saatı elan edilib

ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində 18 yaşlı qaradərili gəncin polis tərəfindən qətlə yetirilməsi səbəbindən baş vermiş kütləvi iğtişaşlara görə şəhərdə fövqəladə vəziyyət və komendant saatı elan edilib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, müvafiq fərman Missuri ştatının qubernatoru Cey Nikson tərəfindən imzalanıb.

Qeyd olunan rezonanslı insident Sent Luis şəhərinin ətrafında kütləvi aksiyalara səbəb olub. Məlumata görə, dükanda oğurluq etmiş gənc polisə heç bir müqavimət göstərməyib. Əksinə, ölümündən əvvəl o, əllərini yuxarı qaldıraraq polisdən atəş açmamağı xahiş edib. Buna baxmayaraq, asayiş keşikçisi, hələlik məlum olmayan səbəbdən atəş açaraq gənci qətlə yetirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri