“Tvente”nin baş məşqçisi: “Bizi “Qarabağ”la çətin oyun gözləyir”

“Komandam bu gün “Ado Den Haaq”la oyuna çıxacaq. Bizim üçün çətin və gərgin qarşılaşma olacaq”. APA xəbər verir ki, bu sözləri Hollandiyanın “Tvente” klubunun baş məşqçisi Alfred Şroyder deyib.

Avroliqanın pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Enshede təmsilçisinin çalışdırıcısı Azərbaycan klubu ilə görüşdən də danışıb: “Çempionat oyununda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Amma nəzərə alın ki, bizim Avroliqa matçımız da var. Biz bu turnirin pley-off mərhələsində “Qarabağ”la qarşılaşacağıq. Orada bizi çox çətin qarşılaşma gözləyir. İlk oyunumuz da səfərdə olacaq. İnanırıq ki, bu sınaqlardan üzüağ çıxacağıq. Heyətdə zədəli futbolçularımız da var. Onları da oyunlara kimi hazırlamalıyıq”.
Şərhlər
İdman bölməsinin xəbərləri