İlin əvvəlindən Azərbaycanda 100-dən artıq çoxmərtəbəli bina qazlaşdırılıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi (İB) yanvar-iyul aylarında 103 çoxmərtəbəli binanı qazlaşdırıb.

Trend-in bazar ertəsi İB-yə istinadən verdiyi məlumata görə, qazlaşdırılmış binalarda ümumilikdə 10 299 ailə yaşayır.

2013-cü ildə Azərbaycanda 149 çoxmərtəbəli bina qazlaşdırılıb, 2012-ci ildə isə bu rəqəm 60 olub.
2014-cü il avqustun 1-nə olan məlumata görə, "Azəriqaz" abonentlərinin sayı 1,7 milyonu ötüb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri