Bakıda 31 yaşlı oğlanın güllələnməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bakıda baş verən silahlı insidentlə bağlı cinayət işi açılıb.

Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ilə bağlı fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Prokurorluqdan həmçinin bildirilib ki, hadisə pnevmatik silahla törədilib və zərərçəkənin həyatı üçün təhlükə yoxdur.
Şərhlər
Hadisə bölməsinin xəbərləri