Dmitri Medvedyevin “Twitter” səhifəsi dağıdılıb

Rusiyanın baş naziri Dmitri Medvedyevin “Twitter” səhifəsi dağıdılıb.

APA-nın məlumatına görə, səhifəyə müdaxilə edən hakerlər orada Medvedyevin istefaya getmək barədə qərar verdiyi, Krımın Rusiya ərazisi olmadığı barədə statuslar, eləcə də qeyri-etik ifadələr yazıblar.

Adının açıqlanmasını istəməyən şəxs isə RİA “Novosti” agentliyinə bildirib ki, D. Medvedyevin “Twitter” səhifəsi dağıdılıb, orada yazılanlar həqiqətə uyğun deyil.

Hazırda səhifənin bərpa olunması üçün lazımi tədbirlər görülür.
Şərhlər
İnternet bölməsinin xəbərləri

İnstagram"dan yenilik

  • 13 фев, 09:51