Avropa Liqası: "Neftçi" -"Çixura" – 0:0

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Live.az-ın məlumatına görə, mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Neftçi” növbəti sınağına çıxıb.

“Ağ-qaralar”ın rəqibi Gürcüstanın “Çixura” klubu olub. Oyun 0:0 hesablı bərabərliklə başa çatıb.

Türkiyədəki hazırlıq prosesində bu komanda ilə 2 dəfə qarşılaşan “Neftçi” rəqibini məğlub edə bilməmişdi – 2:3, 1:1.

Belə ki, 2 il əvvəl Çempionlar Liqasında Gürcüstanın digər klubu “Zestafoni”ni 3:0 hesabı ilə məğlub edən bakılılar avrokuboklarda öz meydanında qalib gələ bilmir.

Qeyd edək ki, Avropa Liqasındakı digər Azərbaycan klublarından “Qəbələ” I, “İnter” II təsnifat mərhələsində mübarizəni dayandırıb.
Şərhlər
İdman bölməsinin xəbərləri