Bakı 2015 Avropa Oyunları "McDonald’s" şirkətini özünün rəsmi tərəfdaşı elan edib

Bakı 2015 Avropa Oyunları "McDonald’s" şirkətini özünün rəsmi tərəfdaşı elan edib Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu gün "McDonald's" şirkətini gələn il keçiriləcək tarixi idman yarışlarının rəsmi tərəfdaşı elan edib.

Bu tərəfdaşlığa "McDonald's" şirkətinin restoranları, eləcə də Bakı şəhərində və Azərbaycanın hər yerində ilk Avropa Oyunları haqqında məlumatların çatdırılmasına yönələn marketinq kampaniyaları daxilində brend tərəfdaşlığı daxildir.

Bundan başqa, "McDonald's" şirkəti öz restoranlarında müştərilərə məlumat verməklə Oyunlarla bağlı yarışlar və Bakı 2015 Avropa Oyunları üçün xüsusi olaraq tərtib olunmuş müxtəlif qidalardan ibarət menyu vasitəsilə Azərbaycanın hər yerində Avropa Oyunları ilə bağlı təbliğat işi aparacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib: "McDonald's brendi dedikdə bütün dünyada əsas beynəlxalq idman yarışları yada düşür və mən şirkətin birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olması haqqında sazişə imza atdığımızdan məmnunam. Sözügedən saziş bütün Azərbaycanda Bakı 2015 Avropa Oyunları haqqında daha çox məlumatın yayılmasına imkan yaradacaq. Mən əminəm ki, bu imkan gələn yay Bakı şəhərində keçiriləcək tarixi və unudulmaz idman yarışlarına daha çox maraq oyadacaq".

"McDonald's" şirkətinin Azərbaycandakı bütün restoranlarında aparılacaq marketinq kampaniyaları hər ay təxminən 750 min müştərini əhatə edəcək.
"McDonald's" şirkətinin Azərbaycandakı filiallarının icraçı direktoru Maqsud Mirzəyev qeyd edib: "Azərbaycan üçün bu dərəcədə əhəmiyyətli olan yarışlara dəstək göstərmək McDonald's üçün böyük şərəfdir. Biz restoranlarımıza gələn müştərilərimiz arasında Avropa Oyunlarını daha da unudulmaz edəcək və məşhurlaşdıracaq yaradıcı marketinq strategiyalarının hazırlanmasına bütün səylərimizi və təcrübəmizi qoymağa çalışacağıq".

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru Çarli Vijeratna əlavə edib: "McDonald's şirkətinin malik olduğu böyük nüfuzu nəzərə alsaq, onun Oyunlara göstərdiyi dəstəyə etibar etmək çox gözəldir. Bu dəstək bizim Bakı 2015 brendimizə olan etibarı daha da artıracaq".

McDonald's şirkəti 1976-cı ildən etibarən hər Olimpiya və Qış Olimpiya Oyunlarının əsas sponsoru olub və 2012-ci ildə sponsorluğunu daha səkkiz il müddətinə uzadıb. Şirkət, eyni zamanda, FIFA Dünya Kuboku kimi digər əsas beynəlxalq idman yarışlarında da təcrübə və təsdiqlənmiş bacarığa malikdir.
Şərhlər
İdman bölməsinin xəbərləri