Kənan M.M boşanması xəbərindən danışdı

“Gedib anası-bacısından danışsın...”


Müğənni Vüqar Muradovun şikayəti əsasında həbs olunub, daha sonra azadlığa buraxılan rejissor Kənan M.M (Mahmudov) həyat yoldaşı Aygün Şükürova ilə boşanması haqda yayılan məlumatlara münasibət bildirib.

“Qafqazinfo”ya açıqlamasında rejissor yayılan məlumatların əsassız olduğunu və boşanmadıqlarını qeyd edib: “Boşanmamışıq. Onu deyən böyüyü ilə birlikdə qələt edir. Gedib anası-bacısından danışsın. Sözümü dedim, arxasında da durmuşam”.

Mahmudov həbs olunması ilə bağlı danışmaq istəmədiyini vurğulayıb: “Həbs olunmağım haqda heç vaxt danışmayacam. Çünki artıq o məsələni yaddaşımdan silmişəm”.

Qeyd edək ki, Kənan M.M-in həyat yoldaşı Aygün Şükürovanın rejissorun həbs olunmasından xəbərsiz olduğunu bildirməsi cütlüyün boşanması haqda şayiələrin yayılmasına səbəb olub.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53