Bakıda gözətçini öldürüb yandıran şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində avtodayanacaq gözətçisini qətlə yetirərək yandıran Vidadi Umudovun məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, V. Umudov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il yanvarın 24-də Nərimanov rayonu A. Neymətulla küçəsindəki avtodayanacağın gözətçi otağında yanğın baş verib.

Yanğın söndürüldükdən sonra oranın gözətçisi Mikayıl Əsədovun üzərində bıçaq xəsarətləri olan yanmış meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Mikayıl Əsədovun Bakı şəhər sakini Vidadi Umudov tərəfindən qətlə yetirilməsi müəyyən edilib və o tutulub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri