Azərbaycanda xarici istehsallı avtomobillərin texniki baxışdan keçirilməsi üçün əlavə vaxt verilib

Azərbaycanda xarici istehsallı avtomobillərin texniki baxışdan keçirilməsi üçün əlavə vaxt verilib Azərbaycanda xarici istehsallı avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı vaxt uzadılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Trend-ə bildiriblər ki, Azərbaycanda xarici istehsallı avtomobillərin və MDB ölkələrində onların bazasında buraxılan modellərin texniki baxışdan keçmə müddətinin vaxtı uzadılıb.

Qeyd edilib ki, növbələrin yaranması və bir çox sürücülərin məhz son günlərdə texniki baxış mərkəzlərinə gəlməsi nəzərə alınaraq qərara gəlinib ki, bu müddət avqustun 15-dək uzadılsın.

Avqustun 15-dək texniki baxışdan keçməyən sürücülər və avtomobil sahibləri məsuliyyətə cəlb edilməyəcək.

Qeyd edək ki, qanunvericiliyə görə, Azərbaycanda nəqliyyat vasitələrinin markaları nəzərə alınmaqla texniki baxış müddəti aşağıdakı kimi müəyyən edilib:
- "VAZ", "QAZ", "Moskviç", "ZAZ", "UAZ" markalı və digər MDB istehsalı olan minik avtomobilləri üçün: 01 yanvardan 01 maya qədər;
- Xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün: 01 maydan 01 avqusta qədər;
- Yük avtomobilləri və avtobuslar üçün: 01 sentyabrdan 31 oktyabra qədər.

Texniki baxışdan keçməməyə görə inzibati cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 300 manatdır. Əgər sürücü cərimələnibsə, o, 10 gün ərzində avtomobili texniki baxışdan keçirməlidir və bu müddət ərzində onu təkrar cərimələyə bilməzlər.
Şərhlər
Sosial bölməsinin xəbərləri