Azərbaycan UEFA reytinqində yeni rekord müəyyənləşdirib

UEFA-nın növbəti əmsallar cədvəli açıqlanıb.


ApA-nın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra siyahıda müəyyən dəyişikliklər olub.

 
15 qarşılaşmanın mövqeyinə təsir etdiyi ölkələr arasında Azərbaycan yer almayıb. Düzdü, ölkəmiz tarixinin ən yüksək nəticəsinə imza atıb. Bu da “Qarabağ”ın Avstriya “Zalsburq”u üzərində 2:1 hesablı qələbəsi sayəsində mümkün olub.

 
Ağdam təmsilçisinin qazandırdığı 0,250 xal Azərbaycanın son 5 mövsümün nəticələrinə əsasən toplanan əmsalını 10,625-ə çatdırıb. Bu isə futbol tariximizdə ən yüksək göstəricidi.
 

Lakin bu rekord da mövqeyimizə təsir etməyib. Azərbaycan yenə 30-cudu. 29-cu olan Macarıstandan 0,250 xal geri qalan, 31-ci olan Slovakiyanı eyni fərqlə qabaqlayan ölkəmiz cari mövsüm 1,750 xal əldə edib.
 

Bunun böyük hissəsi “Qarabağ”la “İnter”in hesabındadır. Onlar hərəyə 0,750 xal əldə edib. Digər 0,250 xalı isə “Neftçi” qazanıb.
Şərhlər
İdman bölməsinin xəbərləri