21 yaşlı oğlan Ət Kombinatında dəzgaha düşərək faciəli şəkildə ölüb

Bakıda daha bir fəhlə faciəli şəkildə ölüb.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə Keşlə qəsəbəsində yerləşən Ət Kombinatında qeydə alınıb.
 
Orada fəhlə işləyən, 21 yaşlı Vüsal Şahin oğlu İbrahimov ehtiyatsızlıqdan işlək vəziyyətdə olan dəzgaha düşərək faciəli şəkildə ölüb.
 
Faktla bağlı araşdırma aparılır. 
Şərhlər
Hadisə bölməsinin xəbərləri