DİN: Rejissor Kənan Mahmudov iki nəfərin şikayəti əsasında saxlanılıb

“Rejissor Kənan Mahmudov (Kənan M. M. ) Vüqar və Vüsal Muradov adlı şəxslərin şikayəti əsasında saxlanılıb”.

Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.
 
E. Zahidov bildirib ki, həmin şəxslər Kənan Mahmudov tərəfindən döyülmələri barədə polis idarəsinə şikayət ediblər. Həmin şikayətdən sonra Kənan Mahmudov saxlanılıb və barəsində  cinayət işi başlanılıb.
 
E. Zahidov faktla bağlı hazırda araşdırma aparıldığını bildirib.   
 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53
Hadisə bölməsinin xəbərləri