İki gün əvvəl Gəncədə baş verən yanğında xəsarət alan ana və 8 yaşlı qızı dünyasını dəyişib

İki gün əvvəl Gəncə şəhərində baş verən yanğında yaralanan ana və övladı dünyasını dəyişib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, iyulun 27-də yanıq xəsarətləri ilə xəstəxanaya daxil olan Gəncə şəhər sakinləri, 1976-cı il təvəllüdlü Ələkbərova Aynurə Məmməd qızı və onun qızı, 2006-cı il təvəllüdlü Rzayeva Fatimə Rövşən qızı bu gün dünyasını dəyişib. Digər yaralı, 2002-ci il təvəllüdlü Rzayev Firdovsi Rövşən oğlunun vəziyyəti isə ağır olaraq qalır.

Qeyd edək ki, məlum yanğın hadisəsi iyulun 27-də Gəncə şəhəri, Mirəli Qaşqay küçəsi, 5 ünvanında yerləşən birmərtəbəli yaşayış evində baş verib. Yanğın zamanı bir ailənin üç üzvü - 1976-cı il təvəllüdlü Ələkbərova Aynurə Məmməd qızı və onun övladları, 2006-cı il təvəllüdlü Rzayeva Fatimə Rövşən qızı və 2002-ci il təvəllüdlü Rzayev Firdovsi Rövşən oğlu xəsarət alıblar.
Şərhlər
Hadisə bölməsinin xəbərləri