Lənkəranda 27 yaşlı oğlan elektrik cərəyanı vurmasından ölüb

Lənkəran rayon sakini elektrik cərəyanı vurmasından ölüb.

APA-nın məlumatına görə, hadisə iyulun 28-də saat 18.00 radələrində rayonun Qumbaşı kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Bəhruz Zabil oğlu Əmənov həyətlərindəki su quyusunda təmir işi apararkən su motoru ilə ehtiyatsız davranması nəticəsində elektrik cərəyanı onu vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri