Göyçayda kanalda batan 21 yaşlı oğlanın meyiti tapılıb

Göyçayda kanalda batan 21 yaşlı oğlanın meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yuxarı Şirvan kanalının Göyçay rayonu, Hacalıkənd kəndi ərazisindən keçən hissəsində (“Mingəçevir” sularda xilasetmə məntəqəsindən, təxminən, 130 km məsafədə, nəzarət olunmayan ərazidə) batmış 1993-cü il təvəllüdlü Vüsal Fazil oğlu Şıxəliyevin cəsədi dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 5 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri