Şamaxıda maşın iki qadının üstündən keçib

Şamaxı rayonunda yol qəzası baş verib.

APA-nın xəbərinə görə, Şamaxı sakini “NİVA” markalı minik maşınını şəhərin hündür ərazidə yerləşən küçənin yuxarı hissəsində saxlayıb.

Dağlıq ərazidə olan küçənin yuxarısında düzgün saxlanılmayan avtomobil qəflətən aşağıya doğru hərəkət etməyə başlayıb. Avtomobil sahibi küçənin aşağısına doğru axıb gedən avtomobilin arxasınca qaçsa da, ona çata bilməyib. Sürətlə küçənin aşağısına doğru hərəkət edən maşın yolun kənarında söhbət edən iki qonşu qadının üstündən keçib.

Məlumata görə Şamaxı şəhərinin Qurban Namazəliyev küçəsi ev 52 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Şahməmmədova Şövkət Seyid qızı və onun qonşusu olan 54 yaşlı Abdulhəşimova Qızılgül İzir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri