Abşeronda qadın yanaraq ölüb

Abşeron rayonunda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 105 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyalar 18 kvadrat metr sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər qadının meyiti yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri