Xaçmazda 8 yaşlı uşaq yelləncəyin ipinin boğazına dolaşması nəticəsində boğularaq ölüb

Xaçmazda azyaşlı uşaq faciəli şəkildə ölüb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 25-də Xaçmaz rayonunun Krasno Xutor kəndində qeydə alınıb. Kənd sakini, 8 yaşlı Elmir Hacıyev həyətdə yelləncəklə oynayarkən yelləncəyin ipinin boğazına dolaşması nəticəsində boğularaq ölüb.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri